Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Lənkəranda vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 avqust tarixində adıçəkilən quruma istinadən xəbər verir.
Belə ki, qəbul 9 sentyabr saat 10:00-da Fondun Lənkəran şəhərində yerləşən Regional Filialında baş tutacaq.
Fondun Lənkəran şəhərində yerləşən filialına müraciətlə, (055) 912-34-22 telefon nömrəsinə zəng etməklə, [email protected] elektron ünvanına yazmaqla və DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciətlə qəbula yazılmaq olar. Son qeydiyyat tarixi 3 sentyabrdır.