Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İB-yə vakansiya elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Belə ki, qurum Lənkəranda 25-60 yaş aralığında ali təhsilli hüquq məsləhətçisi axtarır. İş rejimi 5 günlükdür.
Vakansiyaya müraciət etmək istəyən şəxslər faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşa bilərlər.