top
“Çay nədir, say nədir…”
23 sentyabr 2024, 01:35
- +

“Çay nədir, say nədir…”

Sərlövhəyə çıxarılan deyim bir zamanlar ən çox işlədilən ifadələrdən biri idi. Ancaq son dövrlər insanlar daha çox kofe içməyə üstünlük verirlər. Paytaxtda “cofeshop”ların sayı günü-gündən çoxalır. Amma buna baxmayaraq, sözsüz ki, dünyanın ən çox çay içən toplumlarından biri azərbaycanlılardır.

Çay - Azərbaycan süfrələrinin olmazsa, olmazıdır. Yaz, yay demədən, 40 dərəcə istidə belə çay içmək artıq adət halına gəlib. Çay süfrəsi arxasında da müxtəlif məclislərimiz təşkil olunur. Bunun da xüsusi özünəməxsusluğu var. Həmin mərasimlər milli adət-ənənələrimizi əks etdirir. Ən çox sevilən içki hesab olunur. Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə süfrəyə yeməkdən öncə təzə dəmlənmiş çay gətirilir.

Çayın tərkibində çoxlu faydalı elementlər var. Onların sayəsində insan bütün günü kifayət edəcək qədər enerji ilə təmin olunur.

Cenublu.az məlumat verir ki, hazırda dükan-bazarda müxtəlif çeşiddə qara çay satışına rast gəlmək mümkündür. Onların üzərinə istehsalçı olaraq Azərbaycan, İran, Türkiyə, Şri-Lanka, İngiltərə, Gürcüstan, Çin və s. ölkələrin adı yazılır. Həm yerli, həm də xarici istehsal olan bəzəkli çay qutularının içindəki məhsullar haqqında isə birmənalı fikir söyləyə bilmərik...

Bəzən istifadə etdiyimiz quru çaylar dəmlənəndən yarım saat sonra dadını və rəngini itirir. Bu isə çay istehsalçılarının məhsulun tərkibinə boyayıcı maddələr əlavə etdiklərini deməyə əsas verir. Bir sözlə, Azərbaycan bazarında satılan qablaşdırılmış çayın keyfiyyəti ilə bağlı rəylər müxtəlifdir.

Mütəxəssislər deyirlər ki, çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir. Çayın keyfiyyətinə torpaq-iqlim şəraiti ilə yanaşı, yığılma müddəti, emal üsulları, saxlanma şəraiti və digər amillər də təsir edir. Keyfiyyətsiz çaylardan istifadə orqanizmə ciddi ziyan vurur.

Çin dilinin Konton dialektində “chʹa” (“çhah”), Amoy dialektində isə dəyişilərək “tʹe” (“tay”) adlanan çay bitkisi orta əsrlərdən bəri ölkəyə gətirilsə də, onun kütləvi şəkildə tanınması XIX əsrdə baş verdi. Susuzluğu tez yatırması, hazırlanma qaydasının asan olması, qəhvəyə nisbətən ucuz başa gəlməsi, ölkədə çay əkininə başlanması, regionda Rusiya və İngiltərənin çay ticarəti və digər səbəblər çayın sürətlə yayılmasını təmin edib.

Cənub bölgəsi çayçılıq ənənələrini yaşadır

Azərbaycanda çay mədəniyyəti cənub bölgəsindən başlayır. Lənkəran və Astara şəhərləri çayçılıq ənənələrini yaşadır. Cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, regionun yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması çayçılığın inkişafını zəruri edir. Lənkəran tarixən özünün yüksək keyfiyyətli ətirli çayı, düyüsü, faraş tərəvəzi, sitrus meyvələri, gözəl təbiəti və təbii ehtiyatları ilə şöhrət qazanıb.

Çayçılıq subtropik zonada yerləşən Lənkəranda kənd təsərrüfatının prioritet istiqamətlərindəndir. Burada çayçılığın inkişafı üçün geniş imkanlar var. Rayonda fəaliyyət göstərən çayçılıq təsərrüfatları mövcud imkanlardan bacarıqla istifadə edərək bu gəlirli sahənin inkişafı üçün əməli işlər görürlər.

Dünya Qida Proqramının statistik göstəricilərinə görə, 1960-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər çay istifadəsi sahəsində Azərbaycan dünya ölkələri arasında ilk pillələrdə idi.

Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85° C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 ml suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib, 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Çoxdan dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.

Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir.

Araşdırmalara görə, təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65o C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.

İstehsal olunan çayların yüкsəк və əla кeyfiyyətini saхlamaq üçün onların qablaşdırılmasında zərərli olmayan кartonlardan istifadə edilməlidir. Qutuların iç paкeti isə qida məhsullarının paкetlənməsinə uyğun olan хüsusi hermetiк qapana bilən polimer örtüкlərdən hazırlanmalıdır.

Çay içərkən orqanizmi qorumaq məqsədilə plastik stəkanlar yerinə daha çox şüşə stəkanlara üstünlük verilməsi tövsiyə olunur.  Çayın istiliyindən asılı olaraq plastik stəkanların kimyəvi və digər zərərli birləşmələri insan üçün təhlükə mənbəyi ola bilər.

Çayın tərkibində tanin adlanan bitki olur. Taninin isə həddindən artıq istifadəsi dəmir azlığına gətirib çıxarır. Çay yarpaqları da kofein ehtiva edir. Çaydan çox istifadə etmək kofe kimi stres, əsəb və narahatlığa səbəb olur.

Özəlliklə, axşam saatlarında çay içmək yuxu sisteminə pis təsir edir. Bəzi tədqiqatlar aşkar edib ki, axırıncı çay yatmazdan minimum 6 saat əvvəl içilməlidir. Çayın tərkibindəki bəzi birləşmələr ürək bulanmasına səbəb olur. Əsasən də səhər ac qarına çay içmək olmaz. Bu mədə ağrısı, baş gicəllənməsi kimi problemlər yarada bilər. Hamilə qadınlar üçün çox çay içmək daha zərərlidir. Hamilə qadın gündə 2-3 stəkandan artıq çay içsə, baş ağrıları, ağır hamiləlik, ginekoloji problemlər kimi sağlamlıq simptomları ilə üzləşə bilər.

Dünya alimləri bildirib ki, gün ərzində maksimum 5 stəkan çay içmək daha məqsədə uyğundur.

Video Telegram kanalımızda:

https://t.me/cenublu_az/6573

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Bu gün, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Bu gün, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Bu gün, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Bu gün, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Bu gün, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Bu gün, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Bu gün, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Bu gün, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
Dünən, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Dünən, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 15:25

Sabirabadda qaz olmayacaq

Oxşar xəbərlər