Azərbaycan Kinematoqrafçılar İttifaqının "Cənubda kino günləri" layihəsi çərçivəsində Lənkəran şəhərində ilk film nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyul tarixində verir.
Belə ki, "Tor coffee shop”-un nəzdində fəaliyyət göstərən “O biri otaq”da Elvin Adıgözəlin "Biləsuvar" tammetrajlı bədii filmi nümayiş olunub. Tamaşaçılar filmi kinoşünas Sevda Sultanovanın təqdimatında baxıblar.