Lənkəran-Astara regionu üzrə baş tutacaq tədbirlərin afişası açıqlanıb.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki:
- sentyabrın 24-ü saat 9:00-da Lənkəranda yerləşən Palıdlı Sahil İstirahət Mərkəzində “Yaşıl gələcəyə #birkimibirlikdə” adlı tədbir;
- sentyabrın 25-i Cəlilabad şəhər Mişarçay ərazisi, Astara şəhəri Xəzər dənizi sahili, Masallı şəhər Viləş çayının sahili, Lerik şəhər mərkəzi stadionunun ərazisi, Yardımlı Sahil stadionunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçiriləcək.