"Biz erkən nikahlara yox deyirik!" layihəsi çərçivəsində Lerik, Astara və Lənkəran şəhərlərində məktəbli qızlarla maarifləndirici təlimlər təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, Azəri Gənclər Alyansı İB-i Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ölkənin cənub bölgəsində erkən nikahlarla mübarizə işini davam etdirir. Təlim oktyabrın 29-u Lerikdə, 4 və 5 noyabrda isə Lənkəranda keçiriləcək.
Təlimlər zamanı iştirakçılar erkən nikahlar, onların fəsadları, mübarizə üsulları haqqında məlumat əldə edəcəklər.