Lənkəran və Lerik rayonlarında Aqrar Biznes Festivalı təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, festivalda özəl şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar, sertifikatlı toxumlar, tinglər, pestisid və gübrələr nümayiş etdiriləcək.
Lənkəranda festival noyabrın 27-si saat 10:00-da “ASAN Xidmət” mərkəzində, Lerikdə isə saat 15:00-da İcra Hakimiyyəti binasının qarşısında baş tutacaq.