Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi cari həftə keçiriləcək tədbirlərin afişasını təqdim edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 noyabr tarixində verir.
Belə ki:
- 22 noyabr saat 09:30-da Masallı Gənclər Evində gənclər üçün ixtisas seçimi ilə bağlı “Uğurlu peşə seçimi” adlı təlim;
- 23 noyabr saat 12:00-da Astara rayon Heydər Əliyev Mərkəzində “Gənc sahibkar” mövzusunda təlim;
- 24 noyabr saat 11:00-da Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində gənclərin ekskursiyası baş tutacaq.