top
Cənub bölgəsində molokanlar
08 fevral 2024, 00:18
- ↺ +

Cənub bölgəsində molokanlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rus coğrafiyaşünası Qustav İvanoviç Radde Qafqaz haqqında olan məqaləsində molokanların (xristianlığın pravoslav qolunun sektalarından biri) Cənub bölgəsində, əsasən, Muğan düzündən başlayaraq Talış dağlarınadək olan ərazidə yaşadıqlarını qeyd edib [1]. Onlar buraya 1830-1840-cı illərdə köçürülüblər.

Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra özünə dayaq yaratmaq məqsədi ilə rusları buraya köçürməyə başladı. Rusların Cənubi Qafqaz vilayətlərinə köçürülməsi haqqında hökumət sərəncamı 20 oktyabr 1830-cu ildə verildi və ona əsasən, molokanlar, subbotniklər, babtist və digər rus ailələri Qafqaza köçürüldü. Onlar Cənub bölgəsində, əsasən, Astara, Masallı, Lənkəran və Cəlilabad ərazisində məskunlaşıblar [8]. Lənkəran qəzasında məskunlaşan molokanlar Sara adasının (indiki yarımada) təbiətini bəyənərək oraya köçmək üçün rus hökumətindən xahiş ediblər. Lakin onlar buna nail ola bilməyiblər [7].

Cənub bölgəsində olan molokanlar haqqında rus yazıçısı Vasiliy Sidorov 1897-ci ildə çap olunan “Kavkaz” kitabında qeyd edib: “Lənkərana qayıdarkən, biz molokanların yaşadığı kənddən keçdik. Mən həmişə onların abadlaşmış və rahat imkanlı kəndlərinə heyran olmuşam” [2]. Lənkəran rayonunda molokanların məskunlaşdığı kənd Vel adlanır [5].

Çar Rusiyası dövründə Nikolayevka (indiki Masallı rayonunun Viləş kəndi) kəndində yaşayan molokanlar indiki Masallı rayonunun Ərkivan qəsəbəsindəki Mehdi bulağından saxsı kəmərlə özlərinə su çəkiblər [3]. Hazırda da Viləş molokanların yaşadığı kənd kimi tanınır [4].

1893-cü ilə aid olan siyahıyalınmaya görə, Lənkəran qəzasında 1787 molokan yaşayıb [6].

Ədəbiyyat:


  1. П.П.Семенов. Живописная Россия: Отечество наше в его земельном, историческом, племенном, экономическом и бытовом значении. Том девятый. Москва-1883.

  2. Василий Сидоров. Кавказ. Путевые заметки и впечатления. Санкт-Петербург-1897.

  3. İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.

  4. Multikultural dəyərlər işığında: Yardımlı, Masallı, Lənkəran, Astara. Bakı-2018.

  5. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  6. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис-1893.

  7. Архив исторических и практических сведений, относящихся до России, издаваемый Николаем Калачовым. Книга первая. Санкт-Петербург-1858.

  8. https://multikultural.az/az/milli-azliqlar/97/lenkeran-blgesinde-rus-kendleri/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
04 noyabr 2026, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
04 noyabr 2026, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
04 noyabr 2026, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
04 noyabr 2026, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Oxşar xəbərlər