Cəlilabad Peşə Liseyinə məxsus olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Bu haqda bu gün, 28 sentyabr tarixində Cenublu.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Hərrac 4 oktyabr tarixində baş tutacaq. Satışa çıxarılacaq Peşə Liseyinə məxsus olan avtomobillər:
- ZİL 131 N yük bortlu 1989-cu il istehsalı olan avtomobilin hərrac üçün satış qiyməti 2500 manat təşkil edir;
- ZİL 130 yük bortlu 1974-cu il istehsalı olan avtomobilin hərrac üçün satış qiyməti 1500 manat təşkil edir;
- QAZ 53 yük bortlu 1985-ci i istehsalıl olan avtomobilin hərrac üçün satış qiyməti 1500 manat təşkil edir.
Ətraflı məlumat əldə etmək üçün əlaqədar şəxs: Qasımov Zülfüqar 050-686-50-07.
Qeyd edək ki, Cəlilabad Peşə Liseyinə məxsus olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılacaq.