Cəlilabadda mədəniyyət müəssisələrinin əməkdaşları üçün tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 fevral tarixində Azərforum-a istinadən verir.
Görüş Heydər Əliyev Mərkəzində keçirilib.
Seminar-müşavirədə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə mühasibi Elnur Atakişiyev gündəlik məsələlər üzrə müzakirələr aparıb və tapşırıqlar verib.
Həmçinin mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov ötən ay ərzində keçirilən və fevral ayında keçiriləcək tədbirlər haqqında məlumat verib.