Cəlilabadda “Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiya Olimpiya İdman Kompleksinin ərazisində baş tutub.
Tədbirə 15 nəfər məşqçi-müəllim və gənc idmançı cəlb olunub.