Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Cəlilabadda” layihəsi çərçivəsində tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Mərkəzdə Ümummilli liderin Cəlilabaddan olan görüşlərindən ibarət 6 səfərini (1976, 1977, 1980, 1981, 1982, 1998) əhatə edən xatirə fotolarından, həmçinin Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgi qurulub.
Proyekt Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə keçirilir.