Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Həmrəylik Festivalı” baş tutacaq.
Cenublu.az xəbər verir ki, tədbir Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olnacaq.
Festival dekabrın 17-si saat 11:00-da Heydər Əliyev Seyrəngahında keçiriləcək. Burada rayonda fəaliyyət göstərən dövlət qurumları, gənclər təşkilatları, ictimai birliklər, idman ictimaiyyətinin nümayəndələri və digər təşkilatlar öz sərgiləri ilə çıxış edəcək. Tədbir konsert proqramı ilə davam edəcək.
Festival 24 dekabr tarixinə qədər ayrı-ayrı rayonlarda təşkil ediləcək.