top
Bu gün lənkəranlı general-mayor Zadir Rzayevin ad günüdür
10 oktyabr 2022, 00:45
- ↺ +

Bu gün lənkəranlı general-mayor Zadir Rzayevin ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zadir Rza oğlu Rzayev 10 oktyabr 1937-ci ildə Lənkəran rayonunun Şürük kəndində anadan olub [1]. Onu, həmçinin Zaur da adlandırırdılar [2].

Rzayev 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, lakin ailə vəziyyəti ağır olduğundan təhsilini davam etdirməyib. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində oxuyub.

Zadir Rzayev 1962-ci ildə leytenant rütbəsi alaraq, Almaniyadakı Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib [1,2]. Yüksək hərbi göstəricilərinə görə, o, Zaqafqaziya Hərbi Dairəsinə - Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvadakı M.F.Frunze adına Hərbi Akademiyaya daxil olub. 1975-ci ildə Ümumqoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsində alay komandirinin müavini, sonralar isə Bakı Dövlət Universitetinin hərbi kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada polkovnik rütbəsini alan Zadir Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib [2].

Rzayev 9 oktyabr 1991-ci ildə yaratdığı Azərbaycan Silahlı Qüvvələrinin ilk (sonralar “I batalyon” kimi tanınan) N saylı hərbi briqadasının komandiri kimi Qarabağa, döyüş bölgəsinə gedib. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsində, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik edib. Həmçinin Şuşanın, Ağdamın, Kəlbəcərin və Göranboyun müdafiəsində də iştirak edib [3]. 19 oktyabr 1992-ci ildə general-mayor rütbəsinə layiq görülüb.

Zadir Rzayev 16 iyun 1993-cü ildə Müdafiə Nazirliyində yaradılan cəbhə qərargahının rəisi və nazirin birinci müavini vəzifəsinə təyin olunub [2].

O, 28-29 avqust 1993-cü ildə Beyləqan yolunda avtomobil qəzasına düşüb. Qəzada başından ağır xəsarət alaraq, 3 ay hərbi hospitalda müalicə olunub. 2 noyabr 1993-cü ildə Müdafiə Nazirliyinin nəzdindəki cəbhə qərargahı ləğv olunduqdan sonra, o, “hərbi formadan istifadə etmə” icazəsiylə ehtiyata göndərilib [3].

Zadir Rzayev 29 yanvar 2010-cu ildə uzun sürən parkinson xəstəliyindən sonra, 73 yaşında dünyasını dəyişib [2,3]. O, İkinci Fəxri xiyabanda dəfn edilib [3]. 

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. http://www.anl.az/down/meqale/xalqcebhesi/2010/noyabr/139612.htm

  3. https://web.archive.org/web/20160305043532/http://www.talish.info/news/general_zaur_rzayev_vfat_edib/2010-01-31-921

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər