top
Bu gün lənkəranlı aktyor Fateh Fətullayevin doğum günüdür
31 avqust 2024, 23:13
- ↺ +

Bu gün lənkəranlı aktyor Fateh Fətullayevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan teatr və kino aktyoru Fateh Möhsün oğlu Fətullayev 1909-cu il sentyabrın 1-i Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.

Cənublu.az xəbər verir ki, o, ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub.

Fateh Fətullayev, əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, müxtəlif filmlərdə də çəkilib. Onun ən məşhur rolları “Ögey ana” filmində “Arif”, “Bir məhəlləli iki oğlan”-da “usta Əli”, “Qaraca qız” filmində isə “Hüseyn bəy” obrazlarıdır.

1932-ci ildə Fateh Fətullayev Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlamışdır. 1933-cü ildə Fətullayev Dağıstanın Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirmişdir. O, bir il sonra, 1934-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın truppasına daxil olub və burada on ilə yaxın aktyorluq etmişdir. 1944-cü ildə Fateh Fətullayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçi-solist kimi çıxış etmişdir.

İncəsənət xadimi İlham Rəhimli aktyor haqqında belə yazıb: “Ailələrində hamının, o cümlədən Fatehin də gur və xoşagələn səsi vardı. O, Musiqili Komediya Teatrında xarakter və məsxərə surətlərini oynayırdı. Buna baxmayaraq aktyor istedadının bədii qəlibləri baxımından dramatik teatrın estetik prinsiplərinə yovuşumlu idi. Özü də bunu hiss edib 1946-cı ildə yenidən Akademik teatrın kollektivinə üz tutdu. Tərəddüdsüz truppaya daxil olan Fateh Fətullayev sənət ömrünü və həyat yolunu Milli Dram Teatrında başa vurdu”.

Fateh Fətullayev 4 may 1986-cı ildə Bakı şəhərində vəfat edib.

Mənbələr:

Mirhaşım Talışlı Etibar Əhədov Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.


  1. http://www.anl.az/down/meqale/525/2015/yanvar/416989.htm

  2. https://medeniyyet.az/page/news/53722/.html

  3. http://www.yenises.az/w862.html

  4. https://m.modern.az/az/news/238011

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Bütün xəbərlər
Dünən, 17:05

Astarada fermerlər naringi sata bilmir: Qiymət 60 qəpiyə düşüb

Bütün xəbərlər
Dünən, 16:32

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 15:50

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Kriminal
Dünən, 15:10

Cəlilabadda anasının evinə basqın edərək onu döyən bloger saxlanıldı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:33

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:00

Lerikli şəhid qardaşların xatirəsi anılır

Cəmiyyət
Dünən, 13:20

Lənkəranda beş ailənin evi təhlükəli halda

Bütün xəbərlər
Dünən, 12:45

Bu ay 11 gün işləməyəcəyik

Faydalı
Dünən, 12:10

Tullantılardan gözəl modellər yaradan gəncimizi tanıyaq

Kriminal
Dünən, 11:33

Neftçalada 86 yaşlı kişi yıxılaraq ölüb

Bütün xəbərlər
Dünən, 11:00

25 gün meteor yağışı olacaq

Kriminal
Dünən, 10:27

İranla sərhəddə naryada silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Kriminal
Dünən, 09:55

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 09:19

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

2 noyabr 2020: Vətən müharibəsinin 37-ci günü

Siyasət
01 noyabr 2026, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
31 oktyabr 2026, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
31 oktyabr 2026, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
31 oktyabr 2026, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
31 oktyabr 2026, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
31 oktyabr 2026, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Oxşar xəbərlər