top
Bu gün ermənilər tərəfindən başına 50000 dollar qoyulan Eldar Həsənovun doğum günüdür
26 dekabr 2023, 01:03
- ↺ +

Bu gün ermənilər tərəfindən başına 50000 dollar qoyulan Eldar Həsənovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Eldar İsfəndiyar oğlu Həsənov 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olub. O, Səddam ləqəbi ilə tanınıb.

O, 1983-cü ildə Cəlilabad rayonunun Xanəgah kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə Həsənov hərbi xidmətdə olub [1].

1990-cı ilin dekabr ayından başlayaraq Eldar Həsənov Azərbaycanda ermənilərin törətdiyi cinayətlər zamanı Vətən uğrunda düşmənə qarşı vuruşub. O, bəzən kəşfiyyata tək gedərək, iki-üç əsirlə geri dönürdü [2]. Həsənov 1991-ci ildə Qaladərəsi əməliyyatında jurnalist Salatın Əsgərovanın qatillərinin tutulmasında, Goranboy rayonunun Buzluq, Erkəç, Mənəşli kəndlərinin və Ağdamın Ağbulaq kəndinin erməni qudurlarından təmizlənməsində, Cəbrayıl rayonunun Saqah yüksəkliyinin alınmasında iştirak edib [3]. 1992-ci ildə o, Laçın döyüşlərində olduğu dəstəni mühasirədən itkisiz çıxarıb. Həsənovun başına ermənilər 50000 dollar məbləğində mükafat qoymuşdular [2].

Eldar Həsənov 1992-ci ildə Polis Akademiyasına daxil olub. 1994-cü ilin yanvar ayında Həsənov yenidən cəbhəyə yollanıb. O, Füzuli bölgəsində ermənilərin xeyli canlı qüvvəsini, texnikasını məhv edib [1].

12 may 1994-cü ildə Horadiz yaşayış məntəqəsi uğrunda ağır döyüşlər gedən zaman Eldar ermənilərlə ön cərgədə vuruşurdu. Lakin düşmən tərəfindən atılan və qəfil partlayan mərmi ucbatından Eldar Həsənov həlak oldu. Daha sonra o, Cəlilabad rayonunun Lallar kəndində dəfn edildi. 15 yanvar 1995-ci ildə Eldar Həsənov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü [2].

Hazırda Cəlilabad Rayon Polis İdarəsinin həyətində Eldar Həsənovun büstü var [1].

Ədəbiyyat:


  1. Vügar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı-2005.

  2. https://shexsiheyet.mia.gov.az/?/az/menu/117/

  3. https://www.youtube.com/watch?v=6nI7vCgBG48

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
04 noyabr 2026, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
04 noyabr 2026, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
04 noyabr 2026, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
04 noyabr 2026, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Oxşar xəbərlər