top
Bu gün cənub poeziyasında iz qoymuş şair Şəkər Aslanın anım günüdür
12 iyun 2023, 00:42
- ↺ +

Bu gün cənub poeziyasında iz qoymuş şair Şəkər Aslanın anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkər Mirzə oğlu Aslanov 10 oktyabr 1935-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. O, Şəkər Aslan təxəllüsü ilə tanınıb.

Aslanov Boladi kənd orta məktəbini bitirdikdən sonra kənd klubunda, Port-İliç (indiki Liman şəhəri) və Lənkəran şəhər mədəniyyət evlərində işləyib. O, 1963-1968-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poeziya fakültəsində təhsil alıb. O, 1968-1970-ci illərdə rayon partiya komitəsində təlimatçı, 1970-1992-ci illərdə “Leninçi” (indiki “Lənkəran”) qəzetində redaktor, 1992-1995-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin məsul katibi işləyib [1].

Şəkərin ədəbi fəaliyyəti Lənkəranın “Sosialist subtropikası” qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan, “Koreyalı bacıma” adlı şeiri ilə başlayıb. O, öz poeziyasında Lənkəran təbiətindən, Vətənə məhəbbətdən və sevgidən yazırdı [3].

Aslanov 1961-ci ildə öz şeirlərini poçtla Bakıya, şair Nəbi Xəzriyə göndərib. O, sonra bu haqda belə yazıb: “İlk şeirlərimi 1961-ci ildə Azərbaycanın görkəmli şairi Nəbi Xəzriyə göndərəndə hansı hisslərlə yaşayırdım? Lakin şairin xeyirxah məsləhətlərlə dolu məktubunu alandan sonra sanki tərəddüd və şübhə məni müəyyən qədər tərk etdi. Onların yerini əsl inam tutdu. Şeirlərim mətbuata yol tapdı” [2].

Ədəbiyyatşünas Seyfulla Əsədullayevə və filologiya elmləri doktoru Hüseyn Həşimliyə görə, Azərbaycan ədəbiyyatında sonetlər çələnginin ilk nümunəsini 1978-ci ildə Şəkər Aslan yaradıb [2]. 

Onun şeirlərinə Vasif Adıgözəlov, Oktay Kazımov, Tofiq Quliyev, Tofiq Əhmədov, Nəriman Məmmədov və s. bəstəkarlar tərəfindən musiqilər bəstələnib [3].

Şair “Bahar yağışı”, “Ürəyimi açıram”, “Sevgi günü”, “Səni sevdiyim gündən”, “Döy mənim qapımı”, “Samovara od salmışam”, “Evə məktub”, “Payıma düşən ömür” və s. kitabların müəllifidir [3].

Aslanov 1978-ci ildə “Qızıl Qələm” mükafatının laureatı olub. O, 1981-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına və “Şərəf nişanı” ordeninə layiq görülüb [1].

Şəkər Aslan 12 iyun 1995-ci ildə vəfat edib və Boladi kəndində dəfn olunub [1,2]. Lənkəran şəhərinin küçələrindən biri onun adını daşıyır [1]. 

Ədəbiyyat: 


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. http://www.anl.az/down/meqale/adalet/2013/sentyabr/324601.htm

  3. https://ambur.az/sair-dramaturq-jurnalist

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Bu gün, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Dünən, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Dünən, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Dünən, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Dünən, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Dünən, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Dünən, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Dünən, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Dünən, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
05 noyabr 2026, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
05 noyabr 2026, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
05 noyabr 2026, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
05 noyabr 2026, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
05 noyabr 2026, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Oxşar xəbərlər