top
Bu gün cəlilabadlı yazıçı Zakir Sadatlının anım günüdür
05 fevral 2024, 04:10
- ↺ +

Bu gün cəlilabadlı yazıçı Zakir Sadatlının anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zakir Əmin oğlu Aslanov 15 may 1961-ci ildə Cəlilabadın Sadatlı kəndində anadan olub. O, Zakir Sadatlı kimi tanınıb.

O, 1978-ci ildə Privolnoye kənd orta məktəbini bitirib. Sadatlı 1979-1981-ci illərdə hərbi xidmətini Əfqanıstanda yerinə yetirib. Zakir Sadatlı 1983-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə o, 1987-ci ildən Bakının 1 saylı şəhər orta məktəbində müəllim işləməklə başlayıb [1].

Sadatlı 1990-1993-cü illərdə Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ön cəbhədə vuruşub.

O, 1993-cü ildən “AzTV” QSCnin “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru vəzifəsində, 2010-2013-cü illərdə indiki “Radio Respublika”da çalışıb. Sadatlı 20-dən artıq sənədli filmin və verilişlərin ssenari müəllifi olub [2].

Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə mətbuatda çıxış edib. Onun ilk mətbu şeirləri olan “Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabadın “Yeni gün” qəzetində dərc olunub. Bundan əlavə, yazıçı “Əfqanıstan uçurumu”, “İraq olsun”, “Salam, baça” və digər əsərlərin müəllifidir [1,2].

2008-ci ildə Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində UNESCO-nun 24 türkdilli ölkənin yazarları arasında keçirdiyi müsabiqədə 1574 əsər içində üç qalibdən biri olub.

Zakir Sadatlı AXC dövründən bəhs edən bir çox məqalələr yazıb. Azərbaycan Cümhuriyyəti fədailərindən biri Əziz Alpoudun “Həyatımın hekayələri” memuarı yazıçı tərəfindən türk dilindən Azərbaycan dilinə tərcümə edilərək, nəşr olunub [2].

2013-cü ildə Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatında ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub.

Zakir Sadatlının əsərləri və şeirləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq, dünyanın bir çox mətbuat orqanlarında nəşr edilib.

2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü seçilib [1].

Zakir Sadatlı 5 fevral 2013-cü ildə vəfat edib və Sadatlı kəndində dəfn edilib [2].

Ədəbiyyat:


  1. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı-2011.

  2. https://azerforum.com/az/article/3548019/

  3. https://kulis.az/news/3994

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
04 noyabr 2026, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
04 noyabr 2026, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
04 noyabr 2026, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
04 noyabr 2026, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Oxşar xəbərlər