top
Bu gün Əməkdar mədəniy­yət işçisi Söhrab Tahirin 97-ci ildönümüdür
27 may 2023, 03:48
- ↺ +

Bu gün Əməkdar mədəniy­yət işçisi Söhrab Tahirin 97-ci ildönümüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Söhrab Əbülfəz oğlu Tahir 27 may 1926-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olub [1].

Söhrab İranın Kirmanşah şəhərində 1939-1943-cü illərdə “Səadət” və “Şahpur” fars orta məktəblərində təhsil alıb. Daha sonra o, “İran-İngilis neft şirkəti”ndə fəhlə işləyib və şifahi xalq ədəbiyyatı ilə yanaşı, fars ədəbiyyatı, xarici dildən tərcümə kitabları ilə məşğul olub [1].

Şair 1941-ci ildə ailəsi ilə Təbrizə gedib, bir müddət atasının qaynaqçı sexində işləyib. O, 1945-ci ildə - İranda milli demokratik hərəkat dövründə Azərbaycan Demokrat Partiyası sıralarına qəbul olunub. [1]

Söhrab 1946-cı ildə Bakıya təhsil almağa gəlmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşer ixtisasını almışdır [2].

O, 1952-1957-ci illərdə indiki BDU-nun filologiya fakültəsində təhsil alıb, 1959-1961-ci illərdə isə Moskvada M.Qorki adına Ali Ədəbiyyat kurslarında iştirak edib [4].

Söhrab Tahir 1957-1960-cı illərdə Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri və idarə heyətinin üzvü olmuşdur. 1958-ci ildə o, SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1959-1961-ci illərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində (ADF MK-da) təlimatçı, ADF-nin Bakı şəhər komitəsinin birinci katibi, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifələrində çalışıb [1].

O, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi idi [3].

Müəllifin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi, elmi-publisistik məqaləsi çap olunub. O, “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət”, “Sevgi əfsanəsi” və digər şeirlərin müəllifidir [3].

Söhrab inqilabi və ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 2010-cu ildə Rusiyanın Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif olunub. O, 1984-cü ildə “Əməkdar mədəniy­yət işçisi”, 1998-ci ildə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülüb. 2006-cı ildə şair “Şöhrət” ordeni ilə təltif olunub [3].

Söhrab Əbülfəz oğlu Tahir 4 may 2016-cı ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub [2].

Ədəbiyyat:


  1. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. III cild. Bakı-1988.

  2. https://ustacaz.wordpress.com/2023/05/27/bu-gun-sohrab-tahirin-dogum-gundur/?fbclid=IwAR0pNFAHPf1DIZrojQES3EZeczEhMNOsxUOeAc11uAcymCde1JRmCxMlZpQ

  3. http://az.baku-art.com/az/bu-gun-xalq-shairi-sohrab-tahirin-anim-g-n-d-r

  4. https://www.youtube.com/watch?v=HLwEFzlsEjU

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər