top
Böyük Vətən müharibəsində Berlinə kimi döyüşmüş əsgər: astaralı İlya Kaverin
06 iyun 2023, 01:39
- ↺ +

Böyük Vətən müharibəsində Berlinə kimi döyüşmüş əsgər: astaralı İlya Kaverin

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kaverin İlya Ananyeviç 15 may 1910-cu ildə Astara şəhərində anadan olub.

Orta təhsilini bitirdikdən sonra İlya Astara rayonunda balıq vətəgəsində çalışıb. O, 1941-ci ildə hərbi xidmətə çağırılıb, bir müddət sonra isə Böyük Vətən müharibəsinə yollanıb. Müharibədə tank sürücüsü kimi 9-cu mexanikləşdirilmiş korpusun 71-ci mexanikləşdirilmiş briqadasının 74-cü tank alayında döyüşüb [3].

1943-cü ilin payızında o, Kiyev uğrunda gedən döyüşlərdə iştirak edib. 1943-cü ilin noyabrında Kaverin düşmənin 2 tank əleyhinə silah, 2 minaatan və ağır pulemyotunun üzərindən tankla keçib. Döyüş zamanı tank piyada birləşmələrini arxada qoyduğundan, düşmən tərəfdən vurulub. Həmin zaman tankın komandiri və topçu-radio operatoru həlak olurlar, tank isə iş qabiliyyətini itirir. Buna baxmayaraq, İlya Kaverin sağ qalır. O, iki gün ərzində düşmənə qarşı hiylələr hazırlayaraq, mühasirəyə düşmür. Daha sonra faşistlər tankı atəşə tutur. Kaverin isə bu vaxt tankdan gizli çıxaraq sovet mövqelərinə çata bilməyi bacarır. İlya Kaverin çıxan zaman tankın ətrafında onun məhv etdiyi 20-dən artıq düşmən əsgərinin cəsədi var idi [1].

O, 6 noyabr 1943-cu ildə Ukraynanın Kiyev vilayətinin Xotiv kəndi uğrunda gedən döyüşündə iştirak edib. 10 yanvar 1944-cü ildə İlya Kaverin “Sovet İttifaqı Qəhrəmanı” adına və “Lenin” ordeninə layiq görülüb [3]. Sonralar Kaverin Polşa uğrunda döyüşüb.

O, 1945-ci ildə Almaniyanın Berlin şəhərinə olan son hücum əməliyyatında iştirak edib. 23 aprel 1945-ci ildə Qross-Maxnov bölgəsində gedən döyüşdə İlya Kaverin tankla düşmənin zenit-atıcı heyətinin, həmçinin 8 əsgərinin üzərindən keçib. O, Neyzenlunq bölgəsində düşmənin 3 pulemyot məntəqəsini və 15-dən çox əsgərini məhv edib. Müharibə zamanı baş serjant İlya Kaverin kontuziya almasına baxmayaraq, döyüşməyə davam edib. Bundan sonra o, birinci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib [1].

Kaverin 14 may 1945-ci ildə “Qırmızı ulduz” ordeni, sonra isə “Almaniya üzərində qələbəyə görə” və “Berlinin alınmasına görə” medallarına layiq görülüb [2,4]. Müharibə bitdikdən sonra o, Astaraya qayıdıb.

İlya Kaverin 19 noyabr 1963-cü ildə vəfat edib və Astara şəhərində dəfn olunub. Hazırda Astara rayonunda onun adını daşıyan küçə mövcuddur [3].

Ədəbiyyat:


  1. А.А.Гусейнов. Азербайджан 1941-1945. Герои Советского Союза. Баку-2017.

  2. https://aftershock.news/?q=node/976836&full

  3. https://warheroes.ru/hero/hero.asp?Hero_id=5513

  4. https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_nagrazhdenie42526225/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər