Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi həftənin gənclərlə iş sahəsi üzrə keçiriləcək tədbirlərinin afişasını açıqlayıb.
Belə ki:
Lənkəran Gənclər Evində 24 iyul saat 15:00-da "Erkən nikah və onun fəsadları" mövzusunda gənclərlə görüş;
Astara Gənclər Evində 24 iyul saat 15:00-da "Bullinq və onun fəsadları" mövzusunda maarifləndirici görüş;
Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində 25 iyul saat 11:00-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş;
Masallı ASAN intellektual Mərkəzində 25 iyul saat 10:00-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi münasibətilə “Breyn ring” intellektual bilik yarışması;
Lerik rayonu ərazisində 28 iyul saat 15:00-da "Zirvəyə doğru" layihəsi çərçivəsində gənclərin Lerik rayonunun tarixi yerlərinə ekskursiyası baş tutacaq.