Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəran üzrə təhsil ocaqlarının rəhbərləri və rayon təhsil sektorunun işçiləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində verir.
Görüşdə illik hesabatların hazırlanma mexanizmləri, xüsusi hallar, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi mövzularında müzakirələr aparılıb.
Sonda müəssisə rəhbərləri tərəfindən suallar səsləndirilib.