top
Azərbaycan ədəbiyyatının ən uğurlu nümunələrindən birinin müəllifi: Məmməd Kazım
01 sentyabr 2022, 01:00
- ↺ +

Azərbaycan ədəbiyyatının ən uğurlu nümunələrindən birinin müəllifi: Məmməd Kazım

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məmməd İsrafil oğlu Kazımov 25 may 1934-cü ildə Masallının Tatyanoba kəndində anadan olub. O, Məmməd Kazım ləqəbi ilə tanınır [2].

Kazımov ilk təhsilini Yeyənkənddəki məktəbdə alıb. O, 1950-1955-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunda oxuyub. Həmin dövr yazıçının ilk şeirləri “Yeni həyat” (indiki “Çağırış”) qəzetində çap olunub.

Məmməd 1962-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsini bitirib. O, 1953-1958-ci illərdə Güllütəpə kənd kitabxanasında, 1962-1963-cü illərdə isə rayon uşaq kitabxanasında işləyib. Yazıçı 1959-1962-ci illərdə Tatyan, daha sonra Güllütəpə kəndindəki məktəbdə çalışıb.

O, 1963-1964-cü illərdə Masallıda radio verilişləri redaksiyasında, eyni zamanda N.Nərimanov adına 2 saylı orta məktəbdə işləyib. Kazımov 1965-1966-cı illərdə AMEA-nın Əsaslı kitabxanasında çalışıb. Yazıçı 1966-1968-ci illərdə Sarçuvar kənd məktəbində, “Abşeron” adlı rayon qəzetində işləyib. O, 1969-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Gənclər redaksiyasında çalışıb.

Şair Məmməd Araz 1965-ci ildə öz məqalələrindən birində Məmməd haqqında yazıb: “Məmməd Kazımovun adına 1957-ci ildən respublikanın müxtəlif qəzet və jurnallarında rast gəlirik…Məmməd Kazım hər təzə şeirində bir qənaət yaradır, o axtarır, düşünür, zəhmətə qatlaşır, dəstədən geridə qalmayan istedadlar sırasında öz yerini tapmaq istəyir” [3].

O, 1971-1983-cü illərdə hərbi-vətənpərvərlik verilişi “Hünər”in aparıcısı idi [1]. Aparıcının Böyük Vətən müharibəsində itkin düşmüş mindən artıq əsgərin yaxınları ilə qovuşmasında rolu olub [4].

O, 1991-ci ildən Lənkərandakı “Qala” qəzetinin təsisçisi və baş redaktoru olub [1].

Yazıçının əsərləri sırasında “Xəzər laylası”, “Mirhəsən xanın övladları”, “General Həzi” və s. qeyd etmək olar. Kazımovun əsərləri ukrayna, ingilis, rus, tatar, latış dillərində çap edilib. Yazıçılar Nurəddin Ədiloğlu və Fərahim Xələflinin fikrincə, şairin “Fateh” poeması müasir Azərbaycan ədəbiyyatının ən uğurlu nümunələrindən biridir [2].

O, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, 1975-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Qızıl qələm” mükafatı laureatı olub [1].

Məmməd Kazımov 10 mart 2018-ci ildə vəfat edib [4].

Ədəbiyyat:


  1. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı-2004.

  2. Nurəddin Ədiloğlu, Fərahim Xələfli. Masallı cənnət misalı. Bakı-2013.

  3. https://www.adalet.az/az/writers/detail/memmed-kazim-25989#.XtAL56Aufs1

  4. https://qafqazinfo.az/news/detail/sair-memmed-kazim-dunyasini-deyisdi-213255

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər