Lənkəranda “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi qaldığı yerdən davam edir. Bu haqda bu gün, 11 avqust tarixində Cenublu.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Təlim 14 avqust saat 11:00-da Lənkəran Gənclər Mərkəzində baş tutacaq. Tədbirdə məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər. Layihəyə qoşulmaq üçün anketi (https://cutt.ly/0KAhD3G) doldurmaq və ya 070 504 45 47 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək tələb olunur.