Astarada “PeşəFest” festivalı keçiriləcək.
Cenublu.az xəbər verir ki, tədbir Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Festivalın açılışı sentyabrın 17-də olacaq.
Tədbirin əsas məqsədi düzgün peşə seçimi ilə bağlı məlumatlılığı artırmaq, iştirakçılarda müxtəlif peşələr barədə əyani təsəvvür yaratmaqdır.