top
Astaradan olan yazıçı Kamran Nəzirli
30 iyul 2022, 02:00
- ↺ +

Astaradan olan yazıçı Kamran Nəzirli

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yazıçı, tərcüməçi, dramaturq və publisist Kamran İsmayıl oğlu Nəzirli 19 iyun 1958-ci ildə Astara şəhərində anadan olub [4]. O, Azərbaycanda Milli Kitab Mükafatına namizəd göstərilmiş 10 ən yaxşı müəllif siyahısındadır [1].

Nəzirli orta məktəbi bitirdikdən sonra, 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis və fransız dilləri fakültəsində təhsil alıb [4]. Nəzirli İnstitutda oxuyan zaman ingilis dilində olan bir çox ədəbi əsərləri Azərbaycan dilinə tərcümə edərək, onları dərc edib [2]. O, həmin illərdən publisistik məqalə, oçerk, hekayə və tərcümələrlə çıxış edib. Nəzirli 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirib [1,4].

O, 1980-ci illərdə “Sovet kəndi” qəzetində və Azərinformda, 1990-cı illərdə Azərbaycan KP MK aparatında, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində çalışıb. Nəzirli 1996-2000-ci illərdə Dünya Bankının layihələrində, 2001-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentində və bir çox başqa yerlərdə işləyib [1].

Nəzirli bir çox ədəbi və publisistik kitabların müəllifidir: “Sevgi nağılı”, “The old baby”, “Şeytan işığı”, “Komada olan adam”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. [3]. Onun “Komada olan adam” kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən “2007-ci ilin nəsr (bədii əsər) kitabı” elan olunub. Onun hekayələri ABŞ, Türkiyə, Hollandiya, Koreya, Özbəkistan, Belarus və Ukraynada müxtəlif ədəbi jurnallarda, kitablarda və qəzetlərdə nəşr edilib [1].

O, filologiya elmləri namizədidir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Həsən bəy Zərdabi və Rəsul Rza adına mükafatların laureatıdır [1,4]. Nəzirli 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına, o cümlədən  2016-cı ildə Minskdə keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələrinin beynəlxalq “Doğma ev” ədəbi müsabiqəsinin nəsr nominasiyası üzrə Qran-Pri mükafatına layiq görülüb. Nəzirli 2018-ci ildə ədəbiyyat üzrə “Humay” mükafatını alıb [1].

Ədəbiyyat:


  1. https://1000kitap.com/yazar/kamran-nzirli/kitaplar

  2. https://www.youtube.com/watch?v=OMn5jD4jvBU

  3. http://www.sozvuchie.by/literaturnaya-kritika/kamran-nazirli-prozaik-poet-perevodchik-drug-k-60-tiletiyu-izvestnogo-azerbajdzhanskogo-literatora.html

  4. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı-2004.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər