Astara Olimpiya İdman Kompleksinin həyətyanı ərazisində “İdman həftəsi” çərçivəsində “Yaşıl gələcək“ adlı ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Aksiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun, Astara Olimpiya İdman Kompleksinin, Astara Gənclər Evinin əməkdaşları və könüllüləri – ümumilikdə 18 nəfər iştirak edib.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.