Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.
A.Hidayətov adına Astara rayon Lovayn kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqda danışılıb.
Sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.