Astara şəhərində Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.
Görüş 5 saylı tam orta məktəbdə baş tutub. Burada rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Firəngiz Sadıxova, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri, adıçəkilən komissiyanın üzvü Bəsti Əliyeva və komissiyanın digər əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində mövzu ilə əlaqədar videoçarx təqdim olunub.
Qeyd edək ki, görüş Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilib.