“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində iməcilik keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində verir.
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumları əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının, yerli suvarma sistemləri idarələri nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı tullantılar yığılaraq ərazilərdən daşınıb.
Qeyd edək ki, Ümumrespublika Təmizlik Marafonu hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisində keçirilir və ərazilər barədə elan öncədən nazirliyin sosial şəbəkə hesablarında paylaşılır.