Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.
“Təmiz mühit və sağlam həyat” adlı tədbir Heydər Əliyev Mərkəzində baş tutub.
Görüşdə Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları, Z.Bünyadov adına 2 saylı tam orta məktəbin şagird və müəllimləri iştirak ediblər. Onlara “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda film təqdim olunub.
Daha sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Z.Bünyadov adına 2 saylı tam orta məktəbin müəllimi Kəmalə Fərzəliyeva tərəfindən mövzu ətrafında geniş məlumatlar verilib.
Sonda “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi keçirilib.