Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində verir.
“Təbiəti qoruyaq” mövzusunda tədbir Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. Burada Şahin Əliyev adına Astara rayon Rudəkənar kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Qeyd olunub ki, İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmin dövrdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.
Sonda şagirdlər muzeyin əməkdaşı İlahə Mirzəyevanın əl işlərindən ibarət sərgi ilə tanış olublar.