Astara şəhidlərinin övladları və ailələri üçün Yeni ilə həsr olunmuş bayram tədbiri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Şənlikdə, həmçinin YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, deputat köməkçisi İlham Rəsulov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir Milli Məclisin deputatı Rəşad Mahmudovun təşəbbüsü ilə həyata keçirilib.