top
Astarada qədim tarixə malik qaya: “Nüdiz qala”
15 iyun 2023, 05:07
- ↺ +

Astarada qədim tarixə malik qaya: “Nüdiz qala”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Nüdiz qala” adlı qaya Astara rayonunun Toradi kəndində, Gəlin qayalarından 1,5 km şimal-qərbdə, Astara və Lerik rayonlarının sərhədində, qərb-şərq istiqamətində uzanan dağ silsiləsində yerləşir. Keçmişdə bu zirvə müdafiə və nəzarət məqsədi ilə istifadə edilib [2].

Nüdiz sözü talışca “nü” (təzə, yeni), “diz” (qala) sözlərinin birləşməsindən alınıb, tərcümədə “yeni qala” deməkdir [1].

Qayanın şimal yamacında və onun ətəyindəki sahədə arasında şirli qab fraqmentləri olan saxsı nümunələr aşkar edilib. Arxeoloji tapıntılara əsasən, bu ərazi e.ə. I minilliyin sonundan II minilliyin əvvəllərinə qədər yaşayış üçün istifadə edilib. Burada içməli su bulağının olması da yaşayış üçün əsas amillərdən biri idi. Bu ərazinin ətrafında bir neçə kurqan, həmçinin daş qutu tipli üç qəbirin qalıqları da aşkarlanıb [2].

“Nüdiz qala” ilə bağlı bir rəvayət mövcuddur. Deyilənə görə, Talış şahı yay aylarını Hamoşam kəndindən 8 km aralıda, sərin bulaqları olan yaylaqda keçirərmiş. Şah yaylağa gələndə bacısı Bibixanımı və onun yeganə qızı Gülsümü də özü ilə gətirərmiş. Gülsümün gözəlliyi haqqında söz-söhbət hər tərəfə yayılırdı. Bir dəfə 4 sərkərdə - Şindan, Kafa, Əspinə və Nüdiz qıza elçi düşürlər.

Gülsüm isə ağıllı olduğundan onlara şərt qoyur: “Kim məni almaq istəyirsə, düşməndən mühafizə olmaq üçün qala ucaltmalıdır. Qalanın tikintisini birinci başa vuran tonqal yandırmalıdır. Mən həmin şəxsə ərə gedəcəm”.

Sərkərdələr qalaların tikintisinə başlayırlar. Bir sərkərdənin anası ona deyir: “Sən tez od qalayıb, tüstü çıxar, qızı alaq, sonra işini davam edərsən”. Oğlan belə də edir. Nəticədə Əspinə, Kafa və Nüdiz qoşunlarını götürüb, həmin ərazini tərk edirlər. O vaxtdan həmin qalalar onların adlarını daşıyır [3].

Ədəbiyyat:


  1. Əfqan Şəfiyev. Astara rayonunun tarixi-memarlıq abidələri. Bakı-2008.

  2. Tufan İsaak oğlu Axundov. Astarada 20 gün. Bakı-2009.

  3. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
04 noyabr 2026, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
04 noyabr 2026, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Oxşar xəbərlər