Astara Gənclər Evi sosial xidmət müəssisəsində “Öz İşinin Peşəkarı Ol” mövzusunda təlim təşkil edilib.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, tədbir idarənin və Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Burada əsas məqsəd gənclərə karyera planlaşdırması sahəsində dəstək olmaq və ictimai fəallıqlarını artırmaq olub.
Tədbirin moderatoru Nərgiz Əbilova, iştirakçılara karyera inkişafı haqqında məlumat verib və onların suallarını cavablandırıb.