Astara şəhəri Ziya Bünyadov adında 2 saylı tam orta məktəbdə “Nə? Harada? Nə zaman?” oyunu üzrə məktəblilər arasında açıq kubok keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində verir.
15 komandanın iştirak etdiyi oyunda 24 sual səsləndirilib. Şəhərin Təngərüd kənd orta məktəbinin “Lions” komandası qalib olub. Şəhərin 2 saylı məktəbinin “Ziya” komandası ikinci, 1 saylı məktəbin “Freefall” komandası üçüncü yeri tutub.
Qaliblər kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, oyun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” və Lənkəran–Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub.