Astarada rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən "Tapmaca saatı" təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Tədbir M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbində baş tutub. Burada məktəbin müəllimi Elanurə Bayramova və 3-cü sinif şagirdləri iştirak ediblər.
"Tapmaca saatı"nda kitabxananın əməkdaşı Aysel Əhmədova şagirdlərə tapmacalar söyləyib, şagirdlər isə söylənən tapmacaların açmasını tapmağa çalışıblar.
Sonda fəal şagirdlərə jurnal hədiyyə edilib.