Astarada “Sağlam həyatı seçirik, narkomaniyaya “yox” deyirik” və “Erkən nikahlar və onların fəsadları” mövzularında tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində verir.
Görüş Nail Həsənov adına Astara rayon Kijəbə qəsəbə tam orta məktəbində keçirilib. Burada məktəbin yuxarı sinif şagirdləri, müəllim heyəti və nümayəndələr olmaqla ümumilikdə 82 nəfər iştirak edib. Onlara narkomaniyanın və erkən nikahların yaratdığı problemlər sadalanıb.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.
Sonda məktəblilərin sualları cavablandırılıb.