Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin psixoloqu Leyla Hüseynova "Erkən nigahlara və məişət zorakılığına yox deyək!" başlığı altında təlim keçirib. Bu haqda məlumatı bu gün, 26 yanvar tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.
Təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Astara Rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Psixoloq Leyla Hüseynova mövzu ilə bağlı videoçarxlar nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb.