Astaradakı N saylı hərbi hissədə “Vətən sərhəddən başlayır” mövzusunda əsgərlərlə görüş və mükafatlandırma mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində verir.
Tədbirdə qeyd edilib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərbi quruculuq, dövlət sərhədlərinin müdafiəsi, çağırışçı gənclərin vətənpərvərlik tərbiyəsi və orduya hazırlığı təmin edilib.
Sonda 10 nəfər əsgər “Dövlət sərhədlərinin qorunması və hərbi xidmətdə fərqləndiyinə görə” təşəkkürnamələrlə mükafatlandırılıb.
“Gənclər həftəsi” çərçivəsində keçirilən tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun, Astara Sərhəd Komendantlığının birgə təşkilatçılığı ilə baş tutub.