Astarada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
"Ana dilim iftixarım" adlı tədbir Mərkəzi Kitabxananın Uşaq şöbəsində keçirilib. Burada Uşaq şöbəsinin fəal oxucuları iştirak ediblər.
Görüşdə mövzu ətrafında məlumatlar verilib.
Yekunda uşaqların təqdimatları və şeirləri dinlənilib.