Astarada Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Astara Rayon Mədəniyyət Məkəzində ümumrayon tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, tələbələr, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə görkəmli alim, akademikin şərəfli ömür yolu və fəaliyyəti barədə çıxışlar dinlənilib, film izlənilib. Tədbir rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.