Astarada "Gənc Tədqiqatçılar" layihəsi çərçivəsində gənclərə veqanizmlə bağlı məlumatlar veriləcək. Bu haqda məlumat Astara Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.
"TəcrübəçimİZ" layihəsinin üzvü olan Nərmin Məmmədza 19 yanvar 15:00-da təlim keçirəcək. Görüşdə gənclərlə "Veqanlar kimlərdir?", "Veqan qidalanma nə qədər sağlamdır?", "Veqan olmaq faydalıdırmı?" barədə fikirlər müzakirə ediləcək.
Görüşdə iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/x8AYrNhqdDRNaNPDA
Qeyd edək ki, görüş Astara GİKM tərəfindən təşkil olunur.