top
Astara bağları barsız qaldı - SƏBƏB
14 oktyabr 2024, 03:25
- ↺ +

Astara bağları barsız qaldı - SƏBƏB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsti və yağmursuz hava şəraiti Astara rayonunun sitrus bağlarına mənfi təsir göstərib, bağlarda bir sıra xəstəliklər yayılmağa başlayıb. Xüsusilə, nəmliyin azalması və istilərin artması ağacların vegetativ inkişafına mane olur ki, bu da məhsuldarlığın azalmasına və meyvələrin keyfiyyətinə ciddi təsir edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər və bağ sahibləri sitrus bitkilərini xəstəliklərdən qorumaq üçün dərmanlamadan tutmuş, suvarma sistemlərinin optimallaşdırılmasına qədər müxtəlif tədbirlər görsələr də, nəticə verməyib.

Təsərrüfat sahibi Zəbiəli Əliyev bildirir ki, son vaxtlar davam edən isti hava şəraiti zərərvericilərin və xəstəliklərin çoxalmasına əlverişli şərait yaradıb. Bu isə sitrus bağlarında məhsuldarlığın azalmasına ciddi təsir göstərib. Onun sözlərinə görə, yaranan xəstəliklər bitkilərin inkişafını ləngidir, ağacların köklərinə və meyvələrinə ziyan vurur. Nəticədə, məhsulun keyfiyyəti və miqdarı nəzərəçarpacaq dərəcədə aşağı düşür.

"Bu xəstəlik nədirsə, baş aça bilmirik. Xəstəliyin qarşısını almaq üçün bütün vasitələri yoxlamışıq, amma heç biri nəticə verməyib. Xüsusilə limon və narıngi ağaclarında meyvələr yetişmədən çürüyür, yerə tökülür. Ən qəribəsi odur ki, bu xəstəlik həm meyvələri, həm də ağacın yarpaqlarını çürüdür. Ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Məsələn, keçən il bir limon ağacından 400-500 ədəd meyvə yığırdıqsa, bu il cəmi 40-50 ədəd məhsul var. Demək olar ki, ağaclarda artıq məhsul qalmayıb”, - deyə təsərrüfat sahibi əlavə edir.

Digər fermer Təyyar Heydərov da yaranmış vəziyyətlə bağlı narahatlığını dilə gətirib: "Xəstəliyin qarşısını almaq üçün əlimizdən gələni etmişik, müxtəlif dərmanlama və müdaxilə üsullarını sınaqdan keçirmişik, lakin heç bir tədbir müsbət nəticə verməyib. Xüsusilə limon və narıngi ağacları ciddi zərər görür. Meyvələr hələ yetişməmiş çürüməyə başlayır. Bu xəstəlik ağacların məhsul vermə qabiliyyətini, demək olar ki, aşağı salıb. Biz bilmirik ki, bu xəstəlik nədən qaynaqlanır”.

Astaralı fermerlər bildirirlər ki, belə davam edərsə, bu il bağlarda məhsuldarlıq çox aşağı olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 noyabr 2020: Vətən müharibəsinin 37-ci günü

Siyasət
Dünən, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
31 oktyabr 2026, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
31 oktyabr 2026, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
31 oktyabr 2026, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
31 oktyabr 2026, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
31 oktyabr 2026, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
31 oktyabr 2026, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
31 oktyabr 2026, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
31 oktyabr 2026, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
31 oktyabr 2026, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
31 oktyabr 2026, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Oxşar xəbərlər