Masallı rayonu ərazisində ən çox bulaqları olan yaşayış məntəqələrindən biri Ərkivan qəsəbəsidir.
Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində Şah Səfi, Şəhidlər, Axund Bağı, Bağlaküсə məhəlləsində Abı, Göllü məhəlləsində Səadət, Ramazanlı məhəlləsində Şəkər və Mehdi, Həsənəkücə məhəlləsində İslam, Qızılakücə məhəlləsində Fəzil (Mənsim), Kəlbə Malı, Şeyx Müzəffər, Məmməd Qasım bulaqları və s. su mənbələri mövcuddur [1]. Bu bulaqların əksəriyyəti XIX əsrə aid edilir [2].
Əvvəllər Muğan zonası, əsasən, Ərkivanın bulaqları, subartezian suları ilə təmin olunurdu. Yerli əhalinin sözlərinə görə, keçmişdə Ərkivandan Muğana saxsı borular vasitəsilə su göndərilirdi.
Çar Rusiyası dövründə misdən hazırlanmış və üzərində “Ərkivanskiy vodyanoy okruq” yazılmış möhür hazırda Masallı Tarix-Diyarşünaslıq muzeyində saxlanılır [1].
Hazırda da yerli əhali Ərkivan qəsəbəsinin bulaqlarından istifadə edir [2].
Ədəbiyyat: