Lənkərana ənənəvi olaraq hər ilin sentyabr ayında Almaniyadan turistlər gəlməkdə davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində Lənkəran Destinasiya Menecmenti Təşkilatına istinadən verir.
Turistlər, əsasən Yunesko irsinə daxil olan əraziləri gəziblər və Hirkan Milli Parkında olublar. Lənkəran DMT-nin təşkilati dəstəyi ilə qonaqlar səfər zamanı "Nənələr" folklor kollektivi ilə tanış olublar.
Qeyd edək ki, regionumuzun yerli folklor və adət-ənənələri alman turistlərin böyük marağına səbəb olub.