top
Alfred Nobeli milyonçu edən Dəmirağac
26 iyul 2023, 07:03
- ↺ +

Alfred Nobeli milyonçu edən Dəmirağac

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dəmirağac Talış meşələrində, əsasən, Lənkəran və Astara rayonlarında bitir. Adını gövdəsinin metal rəngində olmasına görə alıb [2]. Ağac, həmçinin təbiətşünas və səyyah İohann Yakob Frederik von Paratın şərəfinə “Parrotia persica” kimi də adlandırılır [5].

Təbii şəraitdə ağacın hündürlüyü 25-28 metrədək olur və o, təxminən 200 il bitir. Talış meşələrinin 5-6%-ini dəmirağac təşkil edir və dəniz səviyyəsindən 500-600 metr hündürlükdə yerləşən ərazilərdə yayılıb.

Dəmirağac nin şahı sayılır. Bu ağac ümüumdünya “Qırmızı kitab”-ına daxildir. Ağac çox möhkəmdir və başqa ağaclardan fərqli olaraq, suda batır. Ondan gəmiqayırmada və tikintidə istifadə edilmir. Buna səbəb isə səthinin hamar olmaması və taxtasına su dəydikdə çox tez çürüməsidir. Lakin mMaterialının möhkəmliyindən olduğundan bir zaman maşınqayırmada, toxuculuqda və xalçaçılıq dəzgahlarının düzəldilməsində istifadə olunub [2]. Dəmirağac yeganə ağacdır ki, quruduqca daha da möhkəmlənir [1].

Bu ağacın xüsusiyyətlərindən biri odur ki, yanında olan digər növ ağacların budaqları ilə bitişə bilir və əgər zədələnərsə, ona bitişik olan digər dəmirağaclar onun bərpasına kömək edir [2]. Digər xüsusiyyəti isə odur ki, onun yarpaqları 3 rəngə boyanır və ağac öz toxumlarını gövdəsindən 5-6 metr uzağa ata bilir [2,4].

1718-ci ildə rusiyalı dövlət xadimi Artemiy Volınskiy Lənkəranda səfərdə olduqdan sonra dəmirağacın adını ilk dəfə elmi ədəbiyyatda istifadə edib [3].

İsveçdən olan kimyaçı, mühəndis və dinamit partladıcısının ixtiraçısı Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul idi. Bir gün o eşidir ki, dünyada yalnız Talış meşələrində bərk və dözümlü ağac bitir, bu ağacdan ən yaxşı və möhkəm tüfəng qundağı düzəltmək olar. Nobel dəmirağaca görə Azərbaycana gəlir. Lakin Bakıya gələn Nobel burada fontan vuran neft quyularını görür. Nəticədə neft mədənlərinə sahib olaraq milyonçu olur. Dəmirağac Alfred Nobelin milyonçu olmasına vasitə olur [2].

Böyük Vətən müharibəsi zamanı dəmirağacdan materiallar hazırlanıb, onlardan silah düzəltməkdə geniş istifadə edilib [1].

Hazırda dəmirağac Hirkan Milli Parkının ərazisində qorunur və onun sahəsinin 20-25%-ini təşkil edir [4].

Ədəbiyyat:


  1. Əfqan-Cövhər Şəfiyev. Astara Tarix-Diyarşünaslıq muzeyi. Bakı-2009.

  2. https://sputnik.az/20161121/milyoncu-nobel-demir-agac-azerbaycan-407781673.html

  3. https://www.youtube.com/watch?v=hAK2aJZbzpg

  4. http://www.aztv.az/az/news/4257/nobel-qardaslarini-azerbaycana-getiren-guc-demiragac-nece-xilas-oldu

  5. Василий Сидоров. Кавказ. Путевые заметки и впечатления. Санкт-Петербург-1897.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Oxşar xəbərlər