"Şeyx Nizami təsviri" adlı intellektual yarışmanın qalibi müəyyən olub. Bu haqda məlumat Astara Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.
Astara Heydər Əliyev Mərkəzində keçirilən müsabiqədə Nizami Gəncəvinin həyat və yaradıcılığı barəsində suallar verilib. Şairin 880 illiyinə həsr edilmiş "Şeyx Nizami təsviri" adlı müsabiqədə Rəsul İbrahimzadə qalib olub.