top
39 ilini kino sənətinə həsr edən sənətkar
03 noyabr 2024, 03:45
- ↺ +

39 ilini kino sənətinə həsr edən sənətkar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

39 ilini kino sənətinə həsr edən masallılı Bahadur Əliyevi tanıyaq.

Cenublu.az xəbər verir ki, o, 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində anadan olub. Bahadur Əliyev 80-ə yaxın filmdə çəkilib.

Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan “Əlibaba və 40 quldurun macəraları”, Hindistanın “Abdulla”, həmçinin Özbəkistanın “Şerəli və Aybərçin” filmində çəkilib. Lakin o, daha çox “Ulduz” kinofilmindən sonra tanınıb. Həmin ekran əsərində Bahadur “Qədir” obrazını canlandırıb.

Bahadur Əliyev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) kino və dram aktyorluğu fakültəsinə daxil olub. O, 1956-cı ildə institutu bitirib və “Bakı” kinostudiyasında rejissor assistenti vəzifəsinə qəbul edilib.

Əliyev 1957-1959-cu illərdə çəkilən “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində aktyor kimi çıxış edir. Lakin 1959-cu ildə o, “kinostudiyada işin həcmi azaldığına görə” işdən azad olunur və Bakıdakı “Lal-karlar üçün Mədəniyyət evi”nə bədii rəhbər vəzifəsinə işə düzəlir.

1961-ci ildən “Azərbaycanfilm”də korrektor ştatına işə götürülür. 1961-1965-ci illərdə “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat” filmlərində müxtəlif rollarda çıxış edir.

1965-ci ildə böyük inzibatçı vəzifəsində çalışmağa başlayır. Həmin vaxt o, “Dağlarda döyüş”, “Yenilməz batalyon”, “Yun şal”, “İstintaq davam edir” və s. filmlərdə rol alır.

Bahadur Əliyev 1968-1973-cü illərdə kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsində işləyir. O, həm xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində iştirak edir, həm inzibatçı kimi dublyaj işini təşkil edir, həm də filmlərə çəkilir. Bu dövrdə ekranlaşdırılan “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “O qızı tapın” və s. kinolentlərdə onun rolu var.

O, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Bu zaman “Babək”, “Evlənmək istəyirəm”, “Özgə ömür” və s. filmlərdə çəkilir. 1995-ci ildə o, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxır.

16 sentyabr 2002-ci ildə Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat edib.

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Oxşar xəbərlər